İsveçin “Yurqorden” klubunun qambiyalı mərkəz hücumçusu Zəkəriyyə Savo bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, “Qarabağ” növbəti transferini gerçəkləşdirib. İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələnib və Savo “Qarabağ”a keçib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, Ağdam klubunda 11 nömrəli formanı geyinəcək.
2025-ci ildən “Yurqorden”də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. Savo Limassol klubunda 22 oyuna 10 qol vurub, 1 məhsuldar ötürmə verib.
İsveç vətəndaşlığı da olan qambiyalı hücumçu karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarshamns”, Norveçdə “Start”, Kiprdə “Aris” kimi klublarda da çıxış edib.
Qeyd edək ki, Savonun “Yurqorden”lə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. Bazar dəyəri 550 min avro qiymətləndirilən forvardın Ağdam klubuna müəyyən təzminat qarşılığında keçib. Amma bu barədə detallar açıqlanmır.
Xatırladaq ki, Zəkəriyyə Savo yay transfer pəncərəsində “Qarabağ”a qoşulan ikinci futbolçudur. Ondan öncə Jali Mauddibin keçidi rəsmiləşmişdi.



