Zamiq Əliyevin komandası Albaniya Super Kubokunu qazandı

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya Super Kuboku uğrunda keçirilmiş oyunda “Kukesi” ilə qarşılaşıb.

“Eqnatiya” bu oyundan 2:0 hesablı inamlı qələbə ilə ayrılıb. Futbolçumuzun komandası hər hissədə bir qol vurmaqla növbəti titulunu qazanıb.

Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, “Eqnatiya” 2023/2024 mövsümündə Albaniyada “qızıl dubl”a imza atmışdı. Sözügedən komanda Albaniya Kubokunun finalında da məhz “Kukesi” ilə qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi.

Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 19 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi bu ay əsas millimizdə də debüt edib.