“Zaqatala” liderliyi ələ keçirdi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zaqatala” “Sumqayıt”ın əvəzediciləri üzərində inamlı qələbə qazanaraq liderliyə yüksəlib.

6 qolun vurulduğu MOİK – “Keşlə-2” matçında qalib müəyyənləşməib.

“Kəpəz” isə səfərdə “Qarabağ”ın əvəzediciləriylə heç-heçəyə razılaşıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Birinci Divizion
16-cı tur
5 mart

MOİK – Keşlə-2 3:3
Qol: Xəyal Bədirov, 37. Hüseyn Hüseynli, 40. Emin Mehtiyev, 41 – Bahadur Həziyev, 25. Xəzər Məhmudov, 75; 90+3.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Rəhman İmami, Rauf Allahverdiyev.
Binə qəsəbə stadionu, 13:00.

Zaqatala – Sumqayıt-2 2:0
Qol: Xəlil Bəşirov, 69; Əsədulla Heydərov, 89.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Taleh Məmmədov, Vüqar Həsənli.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00.

Qarabağ-2 – Kəpəz 1:1
Qol: Sultan Mustafayev, 74 – Emil Qasımov, 54.
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.

6 mart

Turan Tovuz – Neftçi-2
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 13:00.

Sabah-2 – Qaradağ Lökbatan
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.