Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan Avropa Konfrans Liqasına yeni təyinat alıb.
Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Zaur Hacı-Məhərrəmov Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Yunanıstanda yerli “Panatinaikos” və İtaliyanın “Fiorentina” komandaları arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma martın 6-da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
Bu komandalar arasındakı cavab oyunu isə martın 13-də İtaliyada baş tutacaq.



