Zaur Hacı-Məhərrəmov “Styaua” – “Bolonya” matçına təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov Avropa Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Hacı-Məhərrəmov Avropa Liqasının Liqa yolu çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 23-də Rumıniyada baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın