Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı Zemfira Meftahətdinovanı qəbul edib.
Yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb. Nazir onun İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.
Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu Daxili İşlər Nazirliyinin “Fəxri fərman”ını Zemfira Meftahətdinovaya təqdim edib.
Məlumatda o da qeyd olunur ki, Zemfira Meftahətdinova bundan sonra fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.