Zidan: “Onlar məni dəli edirdilər”

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan “qaymaqlılar”ı çalışdırdığı müddətdə onu təsirləndirmiş iki oyunçudan söhbət açıb.

Arena.az “Sport Bible” dərgisinə istinadən, fransalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Məni yerimdən dik atılmağa məcbur etmiş oyunçular… Bu, Kərim Benzema və Luka Modriçdir. Düşünürsən ki, bu oyunçular indicə topu itirəcəklər, onlar isə topu qoruyub-saxlamağa müvəffəq olurlar. Onlar məni dəli edirdilər. Onlar meydanda vəziyyəti dəyişməyi bacarırdılar”, deyə fransalı mütəxəssis məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Zidanın rəhbərliyi altında “Real” ardıcıl üç dəfə Çempionlar Liqasını qazanmağa müvəffəq olub. Bu, tarixi rekorddur. “Real”a qədər Çempionlar Liqasını heç iki dəfə ardıcıl surətdə qazanmaq da heç bir kluba müyəssər olmayıb.

Luka Modriç və Kərim Benzema isə ən yüksək fərdi futbol mükafatına – “Qızıl top”a layiq görülüblər.

Xəbəri istədiklərinizlə paylaşın