“Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko ukraynalı veteran futbolçu Andrey Şevçenko ilə birlikdə Londonda xeyriyyə oyunu təşkil edəcək.
Arena.az xəbər verir ki, o, bunu Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı dilə gətirib:
“Bu, mənim üçün böyük şərəfdir. Andrey Nikolayeviç Şevçenko ilə birlikdə biz futbol ulduzlarının oyununu təşkil etməyi planlaşdırırıq, orada futbol əfsanələri də olacaq. Orada nəinki Premyer Liqada və ya digər çempionatlarda oynayan futbolçular, həm də dünya futbolunun əfsanələri olacaq.
Bu oyunun keçirilməsində məqsəd Çerniqov vilayətində məktəbin bərpası üçün vəsait toplamaqdır. Matçın digər məqsədi odur ki, dünyanın hər yerindən çoxlu ulduzlar oyunu dəstəkləyəcək və biz bu dəstəyi hiss edəcəyik”.
Xeyriyyə oyunu avqustun 5-də Londonun “Stemford Bric” stadionunda keçiriləcək.