“Zirə” əvəzedicilərdən ibarət komandanı bərpa etdi

“Zirə” futbol klubu əvəzedicilərdən ibarət komandasını bərpa edib. Arena.az xəbər verir ki, sözügedən kollektiv 2021/22 mövsümündən etibarən Azərbaycan çempionatının Birinci Divizionunda çıxış edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Zirə”nin ikinci komandasının baş məşqçisi isə Azər Məmmədov təyin edilib. Köməkçi məşqçi funksiyasını isə Hacı Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə-2” ötən mövsüm Birinci Divizionda çıxış etməyib.