Azərbaycan çempionatınına ötən mövsümünün gümüş mükafatçısı “Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 11-ci turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.
Əsası 2014-cü ildə qoyulmuş Bakı təmsilçisi indiyə qədər Azərbaycan Premyer Liqasında 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda isə 16 oyun keçirib. Zirəlilər bu oyunlarda 178 qələbə qazanıblar, 111 heç-heçə ediblər və 111 məğlubiyyət alıblar. Topların fərqi 508-402-dir.
Qeyd edək ki, “Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.


