“Zirə” hücumçusu Ağabala Ramazanov ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 1 ildir.
Qeyd edək ki, Ağabala Ramazanov 2020-ci ilin yanvarından “Zirə”də çıxış edir.
“Zirə” daha öncə Davit Volkov və Hacıağa Hacılı ilə yeni müqavilə bağlamışdı. Qəsəbə klubu Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç, Klesio Bauk, Elvin Camalov, Mateus Albino və Rodriqo Bonqonqui ilə vidalaşıb. Əvəzində “Sabah”dan Təmkin Xəlilzadə, “Sumqayıt”dan isə Mehdi Cənnətov transfer edilib.