“Zirə” Avropa Liqasında potensial rəqiblərini də tanıdı

Azərbaycan təmsilçisi “Zirə”nin Avropa Liqasının 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasında yeni mövsümün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

1-ci təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq Rəşad Sadıqovun yetirmələri Moldova klubunu keçsə, növbəti mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

Bu raundun ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək. “Şerif” – “Zirə” cütünün qalibi ilk matça evdə çıxacaq.

Xatırladaq ki, Azərbaycan təmsilçisinin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.

Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində təşkil olunmuş 2-ci təsnifat mərhələsinin püşkarma mərasiminə 6 cüt və 12 klub qatılıb. Onlar 9 cütlük təşkil ediblər. Türkiyə təmsilçisi “Trabzonspor”un da mümkün rəqibi müəyyənləşib.

Avropa Liqası
2-ci təsnifat mərhələsi

“Ayaks” (Niderland) – “Voyvodina” (Serbiya)

“Rujomberok” (Slovakiya)/“Tobol” (Qazaxıstan) cütünün qalibi – “Trabzonspor” (Türkiyə)

“Llapi” (Kosovo)/”Visla” (Krakov, Polşa) cütünün qalibi – “Rapid” (Vyana, Avstriya)

“Kilmarnok” (Şotlandiya) – “Serkl Brügge” (Belçika)

“Molde” (Norveç) – “Silkeborq” (Danimarka)

“Paksi” (Macarıstan)/“Korvinul” (Rumıniya) cütünün qalibi – “Riyeka” (Xorvatiya)

“Braqa” (Portuqaliya) – “Makkabi” (Petah Tikva, İsrail)

“Panatinaikos” (Yunanıstan) – “Botev” (Plovdiv, Bolqarıstan)/“Maribor” (Sloveniya) cütünün qalibi

“Şerif” (Moldova)/“Zirə” (Azərbaycan) cütünün qalibi – “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi