“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu beninli müdafiəçi Moiz Adileu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Benin milli komandasının da üzvü olan futbolçunun sonuncu iş yeri “NAC Breda” olub. O, 2020-ci ildən Niderland klubunun uğurları üçün çalışırdı. Adileu əvvəlllər Fransanın “Valensyen”, “Pau”, “Vitre”, Slovakyanın “Slovan” (Bratislava), Yunanıstanın “Kerkira”, “Levadiakos”, Türkiyənin “Boluspor” klublarında da çıxış edib. Benin yığmasında 8 oyun keçirmiş futbolçu, 1 qol vurub.
“Zirə” daha öncə Mirsahib Abbasov, Slavik Alxasov və Rəhim Sadıxovu da transfer etmişdi. Rüstəm Əhmədzadə isə “Qarabağ”dan icarəyə götürülüb. Brayan Alseus, Ağabala Ramazanov, Davit Volkov və Ahmed Ayzaya ilə yollarını ayıran paytaxt klubu, Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı, Filipe Paxtmann və Sərtan Taşkınla da yeni müqavilə bağlayıb.