“Zirə” heyətinə iki yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub Andriya Lukoviç və Toni Korreya Qomeslə güclənib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.
27 yaşlı Andriya Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin “Rad”, “Bask”, “Srvena Zvezda”, “Voydovaç”, Polşanın “Rakuv”, Portuqaliyanın “Famalikan” klublarında çıxış edib.
23 yaşlı Toni Korreya Qomesin son klubu isə Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras Əl-Hadud”, “Tala Əl-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.
“Zirə” daha öncə Mirsahib Abbasov, Slavik Alxasov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə və Moiz Adileunu da heyətinə qatmışdı. Brayan Alseus, Ağabala Ramazanov, Davit Volkov və Ahmed Ayzaya ilə yollarını ayıran paytaxt klubu, Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı, Filipe Paxtmann və Sərtan Taşkınla da yeni müqavilə bağlayıb.