“Zirə” yarımmüdafiəçisi Brayan Alseus ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Haitidən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ölkəsinin yığma komandasının da üzvü olan yarımmüdafiəçi cəmi bir neçə öncə milliyə dəvət almışdı. 26 yaşlı futbolçu KONKAKAF Milli Liqasında Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək oyunlar üçün yığmaya cəlb olunub. Bu qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də baş tutacaq.
Xatırladaq ki, Brayan Alseus bu ilin əvvəlindən “Zirə”də çıxış edirdi.
“Zirə” yarımmüdafiəçiyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


