“Zirə” daha iki futbolçusu ilə yollarını ayırdı

“Zirə” hücumçusu Fakundo Melivilo və müdafiəçisi Şəhriyar Rəhimov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı hücumçu ilə klub arasında bağlanmış müqavilənin müddəti başa çatıb. Tərəflər yeni müqavilə bağlamaq istəməyiblər.

Rəhimov isə qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb.

“Zirə” PFK futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, “Zirə”də daha öncə Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç, Klesio Bauk, Elvin Camalov, Mateus Albino və Rodriqo Bonqonqui ilə də yollar ayrılmışdı. Davit Volkov, Hacıağa Hacılı və Ağabala Ramazanovla yeni müqavilə bağlayan klub, “Sabah”dan Təmkin Xəlilzadəni, “Sumqayıt”dan isə Mehdi Cənnətovu transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: