“Zirə” Davit Volkov ilə müqavilə yenilədi

“Zirə” hücumçusu Davit Volkov ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstandan olan futbolçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin iyununa qədərdir.

Qeyd edək ki, Davit Volkov 2020-ci ilin yanvarından “Zirə”də forma geyinir. 25 yaşlı futbolçu geridə qalan mövsümdə “qartallar”ın heyətində 29 oyuna çıxıb, 10 qola imza atıb.

Volkov “Zirə”nin bu yay yeni müqavilə imzaladığı ilk futbolçusudur. Qəsəbə təmsilçisi digər oyunçularından Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç, Klesio Bauk, Elvin Camalov, Mateus Albino və Rodriqo Bonqonqui ilə də yollarını ayırıb. Əvəzində “Sabah”dan Təmkin Xəlilzadə, “Sumqayıt”dan isə Mehdi Cənnətov transfer olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: