“Zirə” Fakundo Melivilo transferini rəsmən açıqladı

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub Fakundo Melivilonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.

Xatırladaq ki, “Zirə” bir gün öncə fransalı vinger Rodriqo Bonqonqui ilə də müqavilə bağlamışdı.