“Zirə” Georgi Stoilov ilə vidalaşdı

“Zirə” legioner futbolçusu Georgi Stoilov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub göstətdiyi xidmətlərə görə 26 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Georgi Stoilov avqustun 4-də “Zirə” ilə 2+1 illik müqavilə imzalamışdı. O, qəsəbə təmsilçisinin heyətində cəmi 5 rəsmi matça çıxıb.