Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı növbəti dəfə dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, ötən gün keçirilməli olan, lakin qarlı hava şəraitinə görə bu günə təxirə salınmış oyun yenə nəzərdə tutulmuş vaxtda başlamayacaq. Belə ki, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Xatırladaq ki, görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç kəskin dəyişmiş hava şəraitinə görə təxirə salınmışdı.