“Zirə” macarlarla oyunda 5 qola üzüldü

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Macarıstanın “Peç” komandası ilə qarşılaşıb.

Antalyada baş tutan görüş kifayət qədər məhsuldar alınıb. Səkkiz qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Zirə” 3 qol vursa da, 5 qola üzülüb.

Zirəlilər Antalyada daha 2 yoxlama oyunu keçirəcəklər. Paytaxt klubu yanvarın 20-də Polşanın “Qurnik” (Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

Yoxlama oyunu
13 yanvar

Zirə – Peç 3:5