“Zirə” Osiyekdə son dəqiqə qolu ilə məğlubiyyətdən qurtuldu

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Xorvatiya klubu “Osiyek”lə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk görüş Osiyekdə baş tutub.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda səfərdən sərfəli nəticə ilə dönməyi hədəfləmişdi. Belə olan halda cütün taleyini bir həftə sonra Bakıda keçiriləcək cavab görüşündə həll etmək mümkün olacaqdı.

Qarşılaşmada hesabı ilk hissədə meydan sahibləri açıblar. Hər kəs oyunun xorvatların xeyrinə bitəcəyini gözlədiyi anda Azərbaycan təmsilçisi əlavə vaxtın son saniyələrində penalti qazanıb. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Rafael Utziq komandasını məğlubuyyətdən xilas edib.

Bu komandalar arasındakı cavab görüşü avqustun 15-də Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
8 avqust

“Osiyek” – “Zirə” 1:1
Qollar: Anton Matkoviç, 38 – Rafael Utziq, 90+6-pen.
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillou, Konstantinos Perrakis (hamısı Yunanıstan).
VAR hakimləri: Stefanos Koymparakis, Spiridon Zampalas
(hər ikisi Yunanıstan).
Osiyek. “Opus Arena”.

Osiyek: 1. Nikola Çalvina, 36. Nail Ömeroviç, 26. Luka Yeleniç, 5. Styopa Mkrtçyan (3. Andre Duarte, 63), 22. Roko Yurişiç, 66. Petar Pusic (98. Şimun Mikolçiç, 80), 6. Darko Neyaşmiç, 7. Verdan Yuqoviç (k) (14. Marko Soldo, 66), 39. Domaqoy Bukviç, 9. Kemal Ademi (10. Pedro Lima, 80), 34. Anton Matkoviç
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 4. Kreşimir Vrbanaç, 11. Risenio Keval, 18. Niko Farkaş, 45. İvan Bariç, 49. İvano Kolarik, 55. İvan Kviyanoviç.
Baş məşqçi: Federiko Koppitelli.

Zirə: 97. Tyaqo Silva, 70. İssa Cibrilla (7. Məqsəd İsayev, 86), 3. Ange Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı (15. Pyer Zebli, 46), 8. İsmayıl İbrahimli, 18. Martins Junior (16. Fuad Bayramov, 86), 90. Davit Volkov, 29. Ceyhun Nuriyev (6. Eldar Quliyev, 55), 11. Rüstəm Əhmədzadə (23. Rafael Utziq, 55).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 5. Stefan Akka, 14. Elçin Əlicanov.
Baş məşqçi: Rəşad Sadıqov.