Azərbaycan Premyer Liqasının cari mövsümündə o qədər də uğurlu çıxış etməyən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Pərviz Azadovu heyətinə qatıb.
Bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2.5+1 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, Pərviz Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub.
“Zirə” bu mövsüm 15 oyuna topladığı 23 xalla 10 iştirakçı arasında dördüncü pillədə qərarlaşıb.