“Zirə” “Şamaxı” üzərində inamlı qələbə ilə 1/4 finalda!

“Zirə” komandası futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi qəsəbə təmsilçisi 1/8 final mərhələsində “Şamaxı” ilə qarşılaşıb.

Zirədə baş tutan oyunda meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər. Qəsəbə təmsilçisi inamlı qələbə sayəsində 1/4 finalda “Araz-Naxçıvan”la qarşılaşmaq hüququ əldə edib.

Azərbaycan kuboku
1/8 final
4 dekabr

Zirə – Şamaxı 3:1
Qollar: Ayron Qomis, 12. Ceyhun Nuriyev, 24. Yusuf Laval, 52 – Brahim Konate, 41.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 13. Aydın Bayramov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 24. Yusuf Laval, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 22. İldar Ələkbərov, 53. Şahmar Aşurov, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri sosial şəbəkələrdə paylaş: