“Zirə” Slavik Alxasovla Mirsahib Abbasovu heyətinə qatdı

“Zirə” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Slavik Alxasov və Mirsahib Abbasovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Slavik Alxasovla 2, Mirsahib Abbasovla 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Slavik Alxasov son olaraq “Sabah”da çıxış edib. 29 yaşlı futbolçu əvvəllər “Keşlə”, “Sumqayıt”, “Xəzər Lənkəran” və “Neftçi”nin də uğurları üçün çalışıb.

Mirsahib Abbasovun sonuncu iş yeri isə “Səbail” olub. O, daha öncə “Zirə” və “Keşlə”də çıxış edib.

“Zirə” daha öncə Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov və Hacıağa Hacılı ilə yeni müqavilə imzalandığını açıqlamışdı. Brayan Alseus və Ağabala Ramazanovla isə yolların ayrılmasına qərar verili.b