“Zirə” – “Sumqayıt” 0:0 – Video

Azərbaycan Premyer Liqasının 22-ci turunun bu gün baş tutan “Zirə” – “Sumqayıt” matçı bərabərliklə (0:0) başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
22-ci tur
13 fevral

“Zirə” – “Sumqayıt” 0:0
Qolla nəticələnməyən penaltilər: Qismət Alıyev, 43 – Rövlan Muradov, 10.
Sarı vərəqələr: Ruan Renato, 9 (qeyri-idman hərəkəti). Məqsəd İsayev, 66 (qeyri-idman hərəkəti). İsmayıl İbrahimli, 76 (qeyri-idman hərəkəti) – Abu Dosso, 35 (qeyri-idman hərəkəti). İsa Suliman, 40 (qeyri-idman hərəkəti). Masaki Murata, 75 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 17:15. Zirə İdman Kompleksinin stadionu, 600 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rəhman İmami.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov (19. Salifu Suma, 65), 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli (28. Abbas İbrahim, 72), 6. Eldar Quliyev (8. İlkin Muradov, 72).
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa (10. Kamran Əliyev, 79), 12. Abu Dosso (9. Erik Sorqa, 87), 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı.
Baş məşqçi: Samir Abasov.