“Zirə” hücumçusu Velves Santos Damatsena ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mövsümün əvvəlində Ukraynanın “Lvov” klubundan icarəyə götürmüş braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Zirə” Santosa klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
22 yaşlı forvard üçtərəfli razılaşmaya əsasən, məxsus olduğu “Lvov” klubuna qayıdıb.
Velves Santos Damatsena 2021-ci ilin iyulunda “Zirə”yə gəlmişdi. Həmin vaxt onunla 1+3 illik müqavilə imzalanmışdı. Bu ilin yayında Damatsenanın transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcəkdi. Amma göründüyü kimi, zirəlilər onunla daha erkən vidalaşmağa qərar veriblər.


