“Zirə”nin futbolçusu Mozambik yığmasına dəvət olundu

“Zirə”nin hücumçusu Klesio Bauk Mozambik millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu Mozambik milli komandasının Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunlarında iştirak hüququ qazanıb. Sözügedən komanda bu ay Ruanda və Kabo-Verde ilə qarşılaşacaq.

Qeyd edək ki, Mozambik millisi Ruanda ilə martın 22-də səfərdə, Kabo-Verde ilə ayın 30-da doğma meydanda qarşılaşacaq. Kabo-Verde yığmasına “Qarabağ”ın futbolçusu Patrik Andrade də dəvət olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: