Futbol üzrə Azərbaycan Premyer Liqasında ötən mövsümü 5-ci pillədə başa vuran “Zirə”nin yay hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, iyunun 23-də bir araya gələcək paytaxt təmsilçisi iyulun 17-nə qədər Bakıda hazırlıq keçəcək.
“Qartallar” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu da keçirəcək.
“Zirə” iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda məskunlaşacaq Bakı klubu orada qaldığı müddətdə üç yoxlama oyunu keçirəcək. Rəqiblər və matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.


