“Zirə” iki futbolçusunu transferə çıxarıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradov transferə çıxarılıb. Adıçəkilən oyunçular bu müddətdə əvəzedici komandada olacaq.
Baş məşqçi Rəşad Sadıqovun onları əsas heyətdən uzaqlaşdırmasının səbəbi açıqlanmır. Lakin bunun komandanın son oyunlardakı uğursuz çıxışı ilə əlaqədar olması şübhə doğurmur. Avropa Konfrans Liqasında İsrailin “Makkabi” (Təl-Əviv) komandasını keçə bilməyən “Zirə” Premyer Liqanın 2-ci turunda da “Sabah”a 1:3 hesabıyla uduzub.
Xatırladaq ki, İlkin Muradov “Zirə”nin öz yetirməsidir. Təmkin Xəlilzadə isə bu komandaya ötən ilin yayında “Sabah”dan qayıdıb.



