“Zirə” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Arena.az xəbər verir ki, qəsəbə təmsilçisi bu görüşlər üçün 24 futbolçu sifariş edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Rəşad Sadıqovun sərəncamında 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçu var:
Qapıçılar: Mehdi Cənnətov, Anar Nəzirov, Nail Alışov;
Müdafiəçilər: Slavik Alxasov, Ruslan Abışov, Nemanya Andelkoviç, Dimitrios Çantakias, Təmkin Xəlilzadə, Sertan Taşkın, Cəlal Hüseynov, Qismət Alıyev;
Yarımmüdafiəçilər: Hacıağa Hacılı, İlkin Muradov, Məhəmməd Hamdaoui, Ramin Əhmədov, Loris Broqno, Samir Ağayev, Mahmud Ağayev, Mirsayib Abbasov, Rəhim Sadıxov, Coşqun Diniyev;
Hücumçular: Filipe Paxtmann, Rüstəm Əhmədzadə, Hamidu Keyta.
Xatırladaq ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da baş tutacaq. Tərəflər arasındakı cavab görüşü isə iyulun 28-də “Blumfild” stadionunda keçiriləcək.



