“Milan”ın 41 yaşlı veteran hücumçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı gələcək planları haqda danışıb.
Arena.az məşhur insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən İbrahimoviçin fikirlərini diqqətinizə çatdırır:
“Montsa”da mənim üçün müqavilənin hazır olduğunu dedilər. Ancaq mən “Milan”ın oyunçusuyam və bununla qürur duyuram. Mövsümün sonunda karyeramı bitirəcəyimi düşünmürəm, fəqət yaxşı tarazlıq tapmalıyam”.
Cari mövsümdə İbrahimoviç “Milan”ın heyətində 4 oyun keçirib və penaltidən olmaqla cəmi 1 qol vurub.
İsveçli ulduz hücumçunun “Milan”la müqaviləsi bu ilin iyun ayının sonunda başa çatır.
“Transfermarkt” internet-portalı İbrahimoviçi 2 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, bir müddət əvvəl İbrahimoviç və “Montsa”nın razılıq əldə etməyə yaxın olması haqda KİV-də məlumat yayılmışdı.