Zlatan İbrahimoviç: “Mən futbol agenti olmaq istəyirdim”

“Milan” rəhbərliyinin baş müşaviri Zlatan İbrahimoviç bildirib ki, bu vəzifəyə təyinatına qədər, futbol agenti olmaq fikrində olub.

Arena.az “GQ Italia” dərgisinə istinadən, isveçli mütəxəssisin bu barədə fikrini təqdim edir:

“İkicə il əvvəl mənim agentim Mino Rayola vəfat edəndə, mənim, onun şirkətinə daxil olmaq və agent olmaq imkanım vardı. Mən bu barədə düşünürdüm. Cerri (Cerri Kardinale – “Milan”ın sahibi) ilə isə dürüst idim, deyəndə ki: “Qulaq as, mənim bu imkanım var, bir də sənin mənə təklif etdiyin o imkan var, amma əslində mən nə bunu, nə də digərini istəmirəm”.

Həmin məqamda mənim həyatım elə də xoş idi. Mən kimsədən asılı deyildim. Heç bir cədvəlim yox idi. Səhər saat yeddidə heç bir zəngli saat yox idi. Mənim malik olduğum tək plan – mənim uşaqlarım və arvadım Helen, ev həyatı və məşqlərlə bağlı idi”, deyə “İbra” bildirib.

Xatırladaq ki, Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.

İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.