İsveçli sabiq hücumçu Zlatan İbrahimoviç bir vaxtlar özünün də çıxış etdiyi MLS haqda fikirlərini ifadə edib.
Arena.az ESPN portalına istinadən, İbrahimoviçin bu barədə fikirlərini təqdiim edir:
“Liqa düzgün istiqamətdə inkişaf edir, amma düşünürəm ki, bunu astagəlcəsinə edir. Çünki mən burada olarkən xatırlayıram ki, liqanın daha sürətli tərəqqisi üçün hələ çoxlu qaydalar vardı.
Amma oyundan, keyfiyyətdən və ayrıca oyunçulardan danışsaq, oyun getdikcə yaxşılaşır. Sonra isə 2026-cı il dünya çempionatı var ki, bu da ölkə üçün və xüsusən də MLS üçün vacib olacaq.
Messi? Məncə, belə böyük oyunçuları gətirəndə və onlar öz keyfiyyətini göstərəndə Avropanın səviyyəsini daha yaxşı başa düşürsən. MLS-ə hörmətlə, Avropada səviyyə daha yüksəkdir. Amma liqa tərəqqi edir. Onu sıfırdan qurmaq gərəkdir və sadəcə böyük ulduzları gətirmək və oynamaq yox. Bu, gələcək deyil, indiki zamandır”, – ESPN İbrahimoviçdən sitat gətirir.
Xatırladaq ki, hazırda “Milan” rəhbərliyinin idman və kommersiya məsələləri üzrə müşaviri olan 42 yaşlı isveçli mütəxəssis Zlatan İbrahimoviç, futbolçu ikən, 2018-2020-ci illərdə MLS-də “Los-Anceles Qelaksi”nin heyətində çıxış edib.


