Mövsüm başa çatan kimi karyerasını bitirdiyini açıqlamış “Milan”ın hücumçusu Zlatan İbrahimoviç gələcəyi bağlı suallara aydınlıq gətirib.
Arena.az xəbər verir ki, futbolçunun vida mərasimi ilə əlaqədar təşkil edilmiş mətbuat konfransında İbrahimoviç özünəməxsus şəkildə ifadə üslubu ilə yenə diqqət çəkib:
“Sabahdan mən azad insan olacağam. Sabah mənim həyatımda yeni bir səhifə açılır. Mən fəxr edirəm ki, belə bir uzun karyeram olub. Bu səhər yuxudan oyananda yağış yağırdı. Öz-özümə dedim ki, hətta tanrı da da kədərlidir”, deyə Zlatan karyerasını bitirməsi haqda qərarına münasibət bildirib.
İbrahimoviçin öz gələcəyi ilə bağlı suala qeyri-müəyyən münasibəti maraq doğurub:
“Mənim gələcəyim? İndi mən sadəcə nəşələnmək istəyirəm. Qərar verməkdə tələsmək istəmirəm. Etdiyim hər şeyi düşünməliyəm. Hər şey sakitləşənə qədər gözləyəcəyəm. İndi çox duyğularım var… Futboldan ayrılacağımı düşünmürəm. Görək, hansı rolda qala bilərəm”.
Xatırladaq ki, İbrahimoviç həm də “Verona” azarkeşlərini özünəməxsus şəkildə məsxərəyə qoyub. “Milan”ın A Seriyasının 38-ci turu çərçivəsində “San Siro”da “Verona”nı məğlub etməsindən (3:1) sonra Zlatan üçün təşkil edilmiş vida mərasimində əks düşərgənin azarkeşləri veteran ulduzu fitə basıblar. Heç kefini pozmayan İbrahimoviç özünəməxsus üslubda cavabı ilə kütləni susmağa məcbur edib:
“Bəli, bəli, fitləməyə davam edin. Bu, bu mövsümdə sizin üçün ən yaxşı andır – məni gördünüz. İndi isə fitilləyin…”.
Vurğulayaq ki, Zlatan İbrahimoviç zədə səbəbilə geridə qalmış mövsümün böyük hissəsini tamaşaçı qismində keçirib.