Zlatan İbrahimoviç yenə çoşdu: “Mən təbiətin möcüzəsiyəm”

Sabiq futbolçu, əfsanəvi isveçli hücumçu Zlatan İbrahimoviç hansı olimpiya idman növündə uğur qazana biləcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “The Athletic” nəşrinə istinadən, İbrahimoviçin bu barədə fikrini təqdim edir:

“Mən istənilən top idman növündə ən yaxşısı olardım. Döyüş sənəti – Mən bu sahədə də özümü sınaya bilərəm. Əvvəllər taekvondo ilə məşğul olmuşam. Ayaqlarımı sürətlə hərəkət etdirirəm. 1,97 m olan bir boy üstünlüyüm olardı, amma 1,60 m boyunda olan bir oğlan kimi hərəkət edərdim, mən təbiətin möcüzəsiyəm, amma bu surətdə təsir bağışlamağa çalışmıram. Bu, doğrudur.

Taekvondodan aldığım adrenalini çox sevirdim. Sparrinqi xoşlayırdım. Mən özümü belə canlı hiss edirəm”, deyə “İbra” adəti üzrə özünə o ki var tərif yağdırıb.

Xatırladaq ki, hazırda 42 yaşlı Zlatan İbrahimoviç “Milan” rəhbərliyinin idman və kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışır.