Zlatko Daliç: “Xorvatiya əlavə vaxta hazırdır”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç İspaniya yığması ilə Millətlər Liqasının finalında keçiriləcək oyundan gözləntilərini bölüşüb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir:

“Bu, layiqli və vacib turnirdir. Məqsədimiz final mərhələsinə çıxmaq idi və indi kubokun bir addımlığındayıq. Bunun gerçəkləşməsi üçün əlimizdən gələni edəcəyik.

Şanslar 50/50-yədir, bu, yüksək səviyyəli oyundur. Yarımfinalla müqayisədə hər iki komandanın oyuna yanaşma tərzi güman ki, fərqli olacaq. Mən uşaqlara deyəcəyəm ki, finaldan həzz alısınlar və bundan itələnərək, nə isə daha çoxuna nail olmağa cəhd etsinlər.
Son oyundakından da güclü olmalıyıq, çünki bizi müdhiş rəqib gözləyir. İspaniyanın fantastik futbol oynayan gənc komandası var. Amma mən nikbinəm və əgər sənin tərfində bizim kimi, tribunaların möhkəm dəstəyi varsa, o zaman maksimum səviyyədə oynamalısan.

Oyun əlavə vaxta keçərsə, hazır olacağıq. Ehtiyat oyunçular skamyasında meydançaya çıxmaq üçün səbirsizlənən oyunçularımız var. Əlava vaxta daşınmış son yeddi oyundan altısında qalib gəlmişik və bu, xarakterimizin gücünü vurğulayır”.

Xatırladaq ki, UEFA Millətlər Liqasının final oyunu bu gün, iyunun 18-də keçiriləcək.