“Mançester Yunayted”in 21 yaşlı ingilis hücumçusu – sağ cinah vingeri Meyson Qrinvud bu yay klubu tərk edə bilər.
Arena.az “Daily Mail”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” perspektivli gənc hücumçusunu qarşıdakı 2023/2024 mövsümü üçün icarəyə göndərmək istəyirlər.
“Mançester Yunayted” rəhbərliyi adı zorlamada hallanan və barəsində təcavüz işi ilə əlaqədar klubdaxili araşdırma davan edən Qrinvuddan qurtulmaq istəyir. Klub rəhbərliyi müvafiq hadisənin “Mançester Yunaytad”in simasına ciddi zərər verə biləcəyindən narahatdır.
Bildirilir ki, hazırda Qrinvud və onun nümayəndələri İtaliya və ya İspaniya çempionatında çıxış edən klublardan birinə keçmək variantları üzərində düşünürlər.
Meyson Qrinvud “Mançester Yunayted”in yetirməsidir və 2018-ci ildən əsas komandada çıxış edir. Futbolçu 30 yanvar 2022-ci ildən rəsmi oyunlarda iştirak etməyib. Ümumilikdə isə Qrinvud “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib. Hücumçu İngiltərə yığmasında 1 oyun keçirib.
Qrinvudun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet-portalı Qrinvudu 50 milyon avro məbləğində qiymətləndirir və bu məbləğ Qrinvudun “qırmızı şeytanlar”ın heyətində keçirdiyi sonuncu oyun dövrünə aiddir.


