AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, Ağayeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin B qrupunun 2-ci qrupunda keçiriləcək oyunlarda UEFA nümayəndəsi kimi iştirak edəcək. Bu qrupda Bosniya və Herseqovina, Lixtenşteyn, Estoniya və Cəbəllütariq milli komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 24-dən 30-dək Bosniya və Herseqovinada təşkil olunacaq.
Xatırladaq ki, Zümrüd Ağayeva bu mövsümdən qitəmiqyaslı turnirlərə təyinat alır.
