AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinə təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Ağayeva qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Bayern” (Almaniya) – “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Sözügedən qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən “Alyans Arena”da baş tutacaq.


