FIFA 2025-ci klublararası dünya çempionatının püşkatması üçün 32 komandadan ibarət 4 səbətin tərkibini təsdiqləyib.
Arena.az məlumat verir ki, 2025-ci il FIFA Dünya Kubokunun püşkatma mərasimi dekabrın 5-də keçiriləcək.
Səbətlərin tərkibini təqdim edirik:
1-ci səbət: “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya), “Bayern” (Almaniya), PSJ (Fransa), “Flamenqo” (Braziliya), “Palmeyras” (Braziliya), “River Pleyt” (Argentina), “Fluminense” (Braziliya);
2-ci səbət: “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “İnter” (İtaliya), “Portu” (Portuqaliya), Atletiko (Madrid, İspaniya), “Benfika” (Portuqaliya), “Yuventus” (İtaliya), “Zalsburq” (Avstriya);
3-cü səbət: “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), Ulsan (Cənubi Koreya Respublikası), “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Monterrey” (Meksika), “Leon” (Meksika), “Boka Xuniors” (Argentina), “Botafoqo” (Braziliya);
4-cü səbət: “Urava Red Daymonds” (Yaponiya), “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri), “Esperans” (Tunis), “Mamelodi Sandaunz” (Cənubi Afrika Respublikası), Paçuka (Meksika), “Sietl Saunders” (ABŞ), “Oklend Siti” (Yeni Zelandiya), “İnter Mayami” (ABŞ).
Xatırladaq ki, yarış 2025-ci il iyunun 15-dən iyulun 13-dək Amerika Birləşmiş Ştatlarında keçiriləcək.


