“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi 2025-ci il klublararası dünya çempionatı ilə bağlı sualı cavablayıb.
Arena.az xatırladır ki, yarış 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək.
“İnter Mayami” Portuqaliyanın “Portu”, Braziliyanın “Palmeyras” və Misirin “Əl-Əhli” klubları ilə eyni qrupda çıxış edəcək.
“Boka Xuniors” və ya “River Pleyt”lə mümkün görüşlər? Əvvəla, qarşıda hələ çox oyun var, biz diqqətimizi ən yaxın rəqiblərimizə yönəltməliyik. Qrup mərhələsində qarşımızda ciddi tapşırıqlar var – indi bu barədə düşünməliyik”, – “Miami News Hub” “Leo”dan sitat gətirir.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


