Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 2-ci tura yekun vurulub.
İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub.
G qrupunda “Yuventus” “Vidad”ı, “Mançester Siti” isə “Əl-Əyn”i məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb. Nəticədə İtaliya və İngiltərə nəhəngləri son oyunlarının nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin ediblər.
H qrupunda isə Madrid “Real”ı “Paçuka” ilə qarşılaşıb və ilk qələbəsini qazanıb. “Zalsburq” – “Əl-Hilal” görüşündə isə qapılara qol vurulmayıb.
FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.
FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 2-ci tur
G qrupu
Yuventus (İtaliya) – Vidad (Mərakeş) 4:1
Qollar: Abelmunaim Butuli, 6-öz qapısına. Kenan Yıldız, 16; 69. Duşan Vlahoviç, 90+4-pen – Tembinkosi Lork, 25.
Mançester Siti (İngiltərə) – Əl-Əyn (Misir) 6:0
Qollar: İlkay Gündoğan, 8; 73. Klaudio Eçeverri, 27. Erlinq Haland, 45+5-pen. Oskar Bobb, 84. Rayan Şerkin, 89.
Xallar: Yuventus – 6. Mançester Siti – 6. Vidad – 0. Əl-Əyn – 0.
H qrupu
Real (İspaniya) – Paçuka (Meksika) 3:1
Qollar: Cud Bellingem, 35. Arda Gülər, 43. Federiko Valverde, 70 – Elias Montiel, 80.
Zalsburq (Avstriya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 0:0
Xallar: Real – 4. Zalsburq – 4. Əl-Hilal – 2. Paçuka – 0.


