Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gecə 1/8 final mərhələsinə yekun vurulub.
İtaliya təmsilçisi “Yuventus”la İspaniyanın “Real” komandası arasındakı görüşdə Madrid təmsilçisi minimal hesabla qalib gəlib.
Almaniyanın “Borussiya” (Dortmund) komandası isə Meksika təmsilçisi “Monterrey”lə görüşdən çətin qələbə ilə ayrılıb.
Beləliklə, “Real” 1/4 finalda “Borussiya” ilə qarşılaşacaq.
Xatırladaq ki, daha öncə “Palmeyras”, “Çelsi”, PSJ, “Bayern”, “Əl-Hilal” və “Fluminense” də 1/4 finala vəsiqə qazanmışdılar.
FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.
FIFA Klub Dünya Kuboku
1/8 final
Real (İspaniya) – Yuventus (İtaliya) 1:0
Qol: Qonsalo Qarsiya, 58.
Borussiya (Dortmund, Almaniya) – Monterrey (Meksika) 2:1
Qollar: Seru Girassi, 14; 24 – Xerman Berterame, 48.


