“Football Rankings” dərgisi 2025-ci ildə keçirilmiş FIFA Klub Dünya Kubokunda klubların qazancını açıqlayıb.
Arena.az xəbər verir ki, yarışın qalibi “Çelsi” (İngiltərə) 114,6 milyon avro mələğində gəlirlə ən çox qazanc götürmüş klub olub.
Yarışın finalçısı PSJ (Fransa) isə 106,9 milyon avro məbləğində qazanc əldə edib.
Yarımfinalçılardan “Real” 82,5 milyon avro məbləğində, “Fluminense” isə 60,8 milyon avro məbləğində gəlir götürüblər.
Klublararası dünya çempionatına qatılmış bütün klubların gəlirləri ilə aşağıdakı siyahıda tanış ola bilərsiniz:

Xatırladaq ki, “Çelsi” FIFA Klub Dünya Kubokunun final oyununda Fransa nəhəngi PSJ-ni 3:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub. Müvafiq qalibiyyət müqabilində London klubunun oyunçularının əldə etdikləri qazancın məbləği məlum olub. Bildirilir ki, “zadəganlar”ın hər bir oyunçusu 350 funt-sterlinq məbləğində mükafat alıb.


