“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in FIFA Klub Dünya Kubokunun finalına yüksəlməsindən danışıb.
Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bizim istirahət günümüz olacaq, hamımız birlikdə nahar edəcəyik və ab-hava yaradacağıq ki, futbolçular bunun klub üçün nə qədər vacib olduğunu bilsinlər.
Bu finala çıxmaq üçün UEFA Çempionlar Liqasını qazanmaq kimi inanılmaz şeylər etməlisən. Ola bilsin ki, bu qarşılaşma oyunçular üçün yeganədir.
Sabah biz “Fluminense”nin oyunlarına baxmağa başlayacağıq və sonra yaxşı çıxış etməyə çalışacağıq. Biz burada hələ heç nə qazanmamışıq.
“Mançester Siti” ilk dəfədir ki, buradadır. Mən bu inanılmaz təşkilatı və klubu təmsil edirəm. “Fluminense” ilə final titulun son pilləsidir ki, bu da klubun sahib olmadığıdır. Buna görə də biz qalib gəlməyə çalışacağıq”, deyə Qvardiola iddiasını bildirib.
Xatırdaq ki, FIFA Klub Dünya Kubokunun final oyunu dekabrın 22-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.


