Fernando Dinis “Siti” ilə final matçı öncəsi danışdı

“Fluminense” baş məşqçisi Fernando Dinis klublararası dünya çempionatının finalında “Mançester Siti” ilə keçiriləcək oyun haqda danışıb.

Arena.az braziliyalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Dünyanın ən güclü komandasına qarşı oynamalıyıq, amma bu amil bizə qələbə arzulamağa mane olmamalıdır. “Fluminense”də olduğum ilk gündən bu anı gözləyirdim”, deyə bildirib.

Xatırladaq ki, FIFA Klub Dünya Kubokunun “Mançester Siti” – “Fluminense” finalı bu gün, dekabrın 22-də keçiriləcək. Hakimin final oyununu başladacağı fit Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: