“Bayern”: “FIFA və UEFA-nın planları sərsəmlikdir”

“Bayern”in fəxri prezidenti Ulrix “Uli” Höness FIFA-nın 2025-ci ildə keçirəcəyi Klub Dünya Kuboku haqda söhbət açb.

Arena.az jurnalist Maksimilian Koxa istinadən məlumat verir ki, Höness FIFA-nın müvafiq yarışı 6 konfederasiyadan 32 komandanın iştirakı ilə genişləndirmək fikrini sərsəmlik adlandırıb:

“Real”ın da bizimlə olduğu kimi, eyni narahatlığı var. Nə vaxtsa səbr kasası dolaraq, aşıb-daşacaq. UEFA və FIFA-nın bəzi rəsmilərinin planlaşdırdıqları – sərsəmlikdir. İdman getdikcə keyfiyyətsizləşir, futbolçular getdikcə daha tez-tez zədələr alırlar”, deyə “Bayern” rəsmisi narazılıqla bildirib.

Xatırladaq ki, daha əvvəl, 2025-ci il FIFA Klub Dünya Kubokunun müvafiq tərtibatda genişləndirilməsi fikrini Peşəkar Oyunçuların Ümumdünya İttifaqı, eləcə də peşəkar liqaları təmsil edən Dünya Liqaları Forumu tənqidlə qarşılamışdılar. Hər iki təşkilat onsuz da sıx olan oyun təqviminə indi də genişləndirilmiş klublararası dünya çempionatının oyunlarının əlavə edilməsi səbəbindən oyunçuların rifahı üçün narahatlığını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: