FIFA rəsmi saytında 2025-ci ildə keçiriləcək yeni klublararası dünya çempionatının – FIFA Klub Dünya Kubokunun loqosunu təqdim edib.
Arena.az xatırladır ki, yarışa Amerika Birləşmiş Ştatları ev sahibliyi edəcək.
“Bütün gələcək yarışalar üçün uyğunlaşdırılacaq və istifadə ediləcək loqo topdan, futbol tarixindən və mədəniyyətindən ilhamlanıb və yarışın adının baş hərfləri C – W – C (ingiliscədən: Club World Cup) hərflərini dairəvi təsvirdə birləşdirib. Müstəsna Klub Dünya Kubokunun loqosunda yarışa ən yaxın xüsusları, yəni ABŞ-da yarışacaq bütün altı konfederasiyanın uğurlu klublarını nümayiş etdirmək üçün mərkəzdə yer var”, – loqonun təsvirində deyilir.
Xatırladaq ki, növbəti FIFA Klub Dünya Kuboku 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Bu Dünya Kubokunda 6 qitə konfederasiyasının hər birindən – AFC (Asiya), CAF (Afrika), CONCACAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi), CONMEBOL (Cənubi Amerika), OFC (Okeaniya) və UEFA (Avropa) təmsilçiləri iştirak edəcəklər. Yarışın 32 iştirakçısından 30-u bu günə qədər vəsiqəisni təmin edib. CONMEBOL (Cənubi Amerika) klubu və ev sahibi ölkə təmsilçisi isə müəyyən müddətdə təsdiqlənəcək.


