A Seriyası klubları komanda sayının azaldılmasını istəmədilər

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) iştirak edən klublar liqada komanda sayının 18-ə endirilməsinin əleyhinə səs veriblər.

Arena.az bu barədə jurnalist Ben Ceykobsa istinadən məlumat verir.

Hazırda İtaliya çempionatında 20 klub çıxış edir.

Mənbənin məlumatına görə, A Seriyasının iştirakçılarının 18-ə endirilməsi təklifinin əleyhinə 16 komanda səs verib. “Yuventus”, “İnter”, “Milan” və “Roma” klubları isə təklifin lehinə səs veriblər.

Xatırladaq ki, biogen yanacaq, biomayeləşdirilmiş qaz, biometan, hidrogen, bitum və sürtkü materiallarının istehsalı üzrə ixtisaslaşmış “Enilive” şirkətinin 2024/2025 mövsümündən İtaliya A Seriyasının yeni baş sponsoru olacağı daha əvvəl məlum olmuşdu.